ATƏT-in Minsk Qrupu həmsədrləri Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən insidentlə bağlı bəyanat yayıb - YENİLƏNİB

ATƏT-in Minsk Qrupu həmsədrləri Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən insidentlə bağlı bəyanat yayıb - <span style="color: red;">YENİLƏNİB
# 18 oktyabr 2013 06:54 (UTC +04:00)

APA-nın məlumatına görə, bəyanatda deyilir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və onun səhra köməkçiləri təmas xəttinin cənub istiqamətində keçirilən monitorinqdə iştirak ediblər. Hər iki tərəfin yerli komandirlərindən təhlükəsizlik zəmanətləri alandan sonra ATƏT-in hər iki komandası müşahidə nöqtəsinə çatanda, atəş səsləri eşidilib. Atəşin hansı tərəfdən açıldığını müəyyən etmək mümkün olmayıb.

Təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən şəxsi nümayəndə monitorinqi keçirməməyə qərar verib.

ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyan ediblər ki, bu cür istisnalı və təəssüf doğuran insidentlər şəxsi nümayəndənin və onun komandasının işini, eyni zamanda 1994-cü ilin mayında əldə olunan atəşkəs razılaşmasını pozur.

Həmsədrlər müvafiq rəsmiləri hadisəni dəqiqliklə və qərəzsiz araşdırmağa çağırıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR