«Kapital Bank»ın səhmdarlarının ümumi yığıncağı keçiriləcək

«Kapital Bank»ın səhmdarlarının ümumi yığıncağı keçiriləcək
# 02 dekabr 2013 12:55 (UTC +04:00)

Bakı. Nail Hüseynli – APA-Economics. Yanvarın 15-də Azərbaycanın «Kapital Bank» ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.


«APA-Economics»in məlumatına görə, Bankın baş ofisində keçiriləcək ümumi yığıncağın gündəliyinə «Kapital Bank»ın nizamnamə kapitalının artırılması, Müşahidə Şurası haqqında əsasnamənin yeni redaksiyada təsdiq edilməsi, Audit Komitəsi haqqında əsasnamənin yeni redaksiyada təsdiq edilməsi, Müşahidə Şurasının tərkibinə dəyişikliklər edilməsi, Audit Komitəsinin tərkibinə dəyişikliklərin edilməsi haqqında məsələlər daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR