Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın premyerası olub - FOTO

Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın premyerası olub - <span style="color: red;">FOTO
# 14 yanvar 2014 16:56 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Bu gün Gənc Tamaşaçılar Teatrında Məcid Vahidzadənin “Bir səbət tənhalıq” adlı tamaşasının premyerası keçirilib.

Teatrdan APA-ya verilən məlumata görə, 86-cı teatr mövsümündə təqdim edilən yeni səhnə əsərinin rejissoru Nofəl Vəliyev, tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradovadır. Rollarda Güşvər Şərifova, Eşqin Quliyev çıxış ediblər.

Rejissor bildirib ki, pyesdə aktual məsələlərə toxunulduğu üçün səhnəyə qoyulub. Səhnə əsərində əlil insanların cəmiyyətə inteqrasiya problemi diqqətə çatdırılıb.

Nofəl Vəliyev əlavə edib ki, tamaşa iki nəfər üçün oyun kimi hazırlanıb və janrı açıq saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR