Küveytdə əhali üçün nəzərdə tutulan subsidiyaların azaldılması planlaşdırılır

Küveytdə əhali üçün nəzərdə tutulan subsidiyaların azaldılması planlaşdırılır
# 14 yanvar 2014 14:19 (UTC +04:00)

Bakı – APA. Küveytin Maliyyə Nazirliyi ölkə əhalisinə subsidiyaları azaltmağı planlaşdırır.

APA – nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Küveytin maliyyə naziri Anas əs-Saleh çıxış edib.

Nazir bildirib ki, subsidiyalar tam ləğv olunmayacaq.

“Yardım ehtiyacı olanların hamısına veriləcək. Biz subsidiyalara ehtiyac duyanlara yardımı azaltmaq fikrində deyilik”, - deyə As-Saleh vurğulayıb.

İqtisadiyyatı 100% neftin ixracından asılı olan Küveytdə vətəndaşlar üçün bütün dövlət və kommunal xidmətlər pulsuzdur. Ölkədə yaşayan əcnəbilər üçün isə böyük güzəştlər var.

Küveyt büdcəsində müvafiq xərclər üçün 16,2 mlrd. dollar (ümumi büdcədən 22%) nəzərdə tutulub. Bu vəsaitdən 11,8 mlrd. əhalinin elektrik enerjisi, su və yanacağa olan tələbatının ödənilməsinə yönəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR