Filippində baş verən yol qəzasında 20 nəfər ölüb, 44 nəfər xəsarət alıb

Filippində baş verən yol qəzasında 20 nəfər ölüb, 44 nəfər xəsarət alıb
# 19 oktyabr 2013 06:53 (UTC +04:00)

APA-nın məlumatına görə, polisdən bildirilib ki, yük maşını qarşı tərəfdən gələn sərnişin avtobusu ilə toqquşub.

Qəzanın avtobusun sürücüsünün günahı ucbatından baş verdiyi ehtimal edilir. Məlumata görə, sürücü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi qarşı zolaqla hərəkət edən iki avtobus və dörd yük maşınına dəyəndən sonra aşıb.

Qəzanı tərədən sürücü sərər çəkməyib və polis tərəfindən saxlanılıb.

Hadisə yağmurlu havada, Filippinin paytaxtı Manilanın 120 km-də, işıqlandırılmamış yolda baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR