Türkiyənin Gürcüstandakı yeni səfiri öz etimadnaməsini xarici işlər nazirliyinə təqdim edib

Türkiyənin Gürcüstandakı yeni səfiri öz etimadnaməsini xarici işlər nazirliyinə təqdim edib
# 10 fevral 2014 20:35 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, təqdim etmə mərasimi zamanı Türkiyənin yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Zəki Levent Gümrükçü öz etimadnaməsinin surətini xarici işlər naziri Maya Pancikidzeyə təqdim edib.

Gürcüstan XİN-dən verilən məlumata görə, mərasimdən sonra tərəflər söhbət zamanı aktual məsələlər, ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə ediblər. Türkiyə səfiri Gürcüstan-Türkiyə əməkdaşlığının sonrakı dərinləşməsinə təsir etməyə hazır olduğunu və Türkiyə hökumətinin bir daha Gürcüstanın suverenliyi və ərazi bütövlüyü barədə mövqeyini və onun Avropaya inteqrasiya yolunu dəstəklədiyini bildirib. Gürcüstanın xarici işlər naziri Maya Pancikidze yeni diplomata öz işində uğurlar arzulayıb.

Qeyd edək ki, Türkiyənin Gürcüstandakı yeni səfiri Zəki Levent Gümrükçü səfir təyin olunmamışdan əvvəl Türkiyə Xarici İşlər Nazirliyində mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR