Bərdədə mənşəyi bilinməyən və antisanitar vəziyyətdə saxlanılan tonlarla ət aşkarlanıb - YENİLƏNİB - FOTOSESSİYA - VİDEO

Bərdədə mənşəyi bilinməyən və antisanitar vəziyyətdə saxlanılan tonlarla ət aşkarlanıb - <span style="color: red;">YENİLƏNİB - FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 14 fevral 2014 10:51 (UTC +04:00)

APA-nın Qarabağ bürosunun məlumatına görə, Dövlət Baytarlıq Xidməti (DBX) əməkdaşları keçirdikləri reyd zamanı Bərdə şəhər sakini Seyfəddin Novruzovun həyətində antisanitar vəziyyətdə saxlanılan xeyli miqdarda ət aşkarlayıblar.

Reydə DBX-nin rəisi Siyalə Rüstəmova rəhbərlik edir.

S. Rüstəmova bildirib ki, reyd zamanı ev sahibi baytarlıq xidmətinin əməkdaşlarına və karantin polisinə təzyiq göstərsə də, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının müdaxiləsindən sonra həyətindəki anbarlara baxış keçirilməsinə razılıq verib: “Baxış zamanı məlum oldu ki, antisanitar vəziyyətdə saxlanılan ətin əvvəllər göndərildiyi məntəqələr bağlandığından sahibkar məhsulun satışını reallaşdıra bilməyib”.

Ev sahibi isə iddia edib ki, onun həyətində aşkarlanan ətin hamısı keyfiyyətlidir və standartlara cavab verir. O həm də bildirib ki, vaxtı keçmiş məhsulları it və başqa ət yeyən heyvanlar saxlayan şəxslərə satıb. Seyfəddin Novruzov saxladığı ətin bir hissəsinə yerli baytarlıq idarəsi tərəfindən verilən yararlılıq sənədlərini də təqdim edib.

S. Rüstəmova bildirib ki, aşkarlanan ətlər Dövlət Baytarlıq Laboratoriyasında analiz ediləcək, standartlara cavab verməyən məhsullar heyvandarlıq parklarına təhvil veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR