“Azərbaycan Sənaye Sığorta” 2 milyon manatdan çox sığorta ödənişi edib

“Azərbaycan Sənaye Sığorta” 2 milyon manatdan çox sığorta ödənişi edib
# 24 aprel 2014 08:43 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin I rübündə “Azərbaycan Sənaye Sığorta” ASC 2 mln. 170,4 min manat məbləğində sığorta ödənişi həyata keçirib.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu məbləğin 1 mln. 620 min (75%) manatı inşaat-montaj sığorta növünün, 328,5 min manatı (15%) avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növünün, 86,4 min (4%) manatı könüllü tibbi sığorta növünün, 67,2 min (3%) manatı yük sığortası növünün, 28 min (1%) manatı kənd təsərrüfatı bitkilərinin doludan sığorta növünün, 23,8 min (1%) manatı avtonəqliyyat vasitələrinin kompleks sığortası növünün, 16,4 min (1%) manatı
isə işəgötürənin məsuliyyəti sığortası növünün payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR