Naxçıvanda Səhiyyə Nazirliyinin səyyar kollegiya iclası keçirilib

Naxçıvanda Səhiyyə Nazirliyinin səyyar kollegiya iclası keçirilib
# 28 aprel 2014 15:34 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi çərçivəsində Səhiyyə Nazirliyinin səyyar kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, səhiyyə naziri Oqtay Şirəliyev bildirib ki, Azərbaycanda ötən 10 ilə yaxın dövr ərzində müşahidə edilən iqtisadi irəliləyiş, dövlətin iqtisadi potensialının artması ölkədə səhiyyənin inkişafına və əhalinin sağlamlığının qorunması problemlərinin davamlı həllinə nail olmağa imkan yaradıb. Prezident İlham Əliyev tərəfindən müəyyən edilən uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi səhiyyənin inkişafını, əhalinin dünya standartlarına uyğun tibbi yardımla təchiz olunmasını təmin etmək üçün genişmiqyaslı islahatlar həyata keçirilir. Bu sahəyə hər il böyük həcmdə investisiyalar yatırılmaqdadır. Səhiyyəyə ayrılan büdcə vəsaiti son 10 il ərzində 10 dəfədən çox artıb. Bu dövrdə böyük əksəriyyəti respublikanın bölgәlәrində olan yüzlərlə tibb müәssisəsinin tikintisi və ya əsaslı tәmiri hәyata keçirilib, tibb müəssisәlәrinin hamısı müasir texnika və avadanlıqla tәchiz olunub.

Həyata keçirilən tədbirlər sayəsində Azərbaycanda ana və uşaq ölümü kəskin şəkildə aşağı düşüb. Səhiyyə sistemində islahatların davam etdirilməsi, ölkə əhalisinin keyfiyyətli və əlverişli şərtlərlə tibbi xidmətlə təmin olunması “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında xüsusi yer tutur.

Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov kollegiya iclasında muxtar respublika səhiyyəsinin keçdiyi inkişaf yolundan danışıb.

Sonda bir qrup səhiyyə işçisinə Səhiyyə Nazirliyinin “Səhiyyə əlaçısı” döş nişanı və fəxri fərmanları təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR