Siyavuş Novruzov: “Ermənistan və İran Araz çayını çirkləndirir”

Siyavuş Novruzov: “Ermənistan və İran Araz çayını çirkləndirir”
# 22 noyabr 2013 10:17 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisdə “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiyaya düzəlişlərin təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

APA-nın xəbərinə görə, layihə barədə sədr müavini Valeh Ələsgərov məlumat verib. Müzakirə zamanı deputat Siyavuş Novruzov bildirib ki, Araz çayı Ermənistan tərəfindən kimyəvi materiallarla çirkləndirilir: “Kür çayı ilə bağlı da bunu deyə bilərik. Araz çayı İran tərəfindən də çirkləndirilir və bu, neçə illərdir ki, davam edir. Artıq bu Konvensiyadan istifadə edə bilərik. Hamı şahiddir ki, ermənilər tərəfindən çaya atılan partlayıcı maddələr Azərbaycanda bir balaca uşağın ölümünə səbəb oldu. Ermənistan bu Konvensiyanın üzvüdür və ona əməl etməlidir”.

Sədr Oqtay Əsədov isə deyib ki, Ermənistan Konvensiyanın üzvü deyildi, amma 2013-cü ildə üzv olub: “Artıq bu məsələni qaldırmaq olar”.

Müzakirələrdən sonra sənəd səsə qoyularaq təsdiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR