Bakıda 4 otaqlı ev yanıb

Bakıda 4 otaqlı ev yanıb
# 24 yanvar 2014 04:49 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan birmərtəbəli 4 otaqlı evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları və ev əşyaları 180 kv.m sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 06:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR