“PAŞA Həyat Sığorta” bu ilin sonuna sığorta haqlarını 20% artırmağı planlaşdırır

“PAŞA Həyat Sığorta” bu ilin sonuna sığorta haqlarını 20% artırmağı planlaşdırır
# 20 iyun 2014 10:16 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “PAŞA Həyat Sığorta” şirkəti sığorta haqlarını bu ilin sonuna qədər 40 mln. manata kimi artırmağı planlaşdırır.

APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında şirkətin İdarə Heyətinin sədr müavini Niyaz İsmayılov bildirib.

Onun sözlərinə görə, bu artım keçən ilə nisbətən 20% artım deməkdir.

Şirkətin filial şəbəkəsinin genişləndirməsinə toxunan N. İsmayılov bildirib ki növbəti filial cənub zonasında açılacaq.

Bununla yanaşı, o, bu ilin avqust ayından etibarən şirkət hər üç aydan bir yeni məhsullarını müştərilərə təqdim edəcəklərini vurğulayıb.

Qeyd edək ki, həyat sığortası bazarında “PAŞA Həyat Sığorta” 19 mln. manat, “Atəşgah Həyat” 10 mln. manat, “Qala Həyat” 19,5 mln. manat sığorta yığım əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR