Mahaçqala Dağıstanın ən təhlükəsiz şəhəri elan edilib

Mahaçqala Dağıstanın ən təhlükəsiz şəhəri elan edilib
# 22 yanvar 2014 08:35 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Mahaçqala Dağıstan Respublikasında 2013-cü ilin ən təhlükəsiz şəhəri adına layiq görülüb.

APA-nın “İnterfax” agentliyinə istinadən verdiyi məlumata görə, müsabiqə Rusiya Daxili İşlər Nazirliyinin Dağıstan üzrə Baş İdarəsi tərəfindən keçirilib.

Məlumata əsasən, müsabiqədə iştirak edən şəhərlər yanğın mühafizəsinin təmin edilməsi, təbii fəlakətlərə reaksiya verilməsi və onların aradan qaldırılması sürəti kimi meyarlara görə qiymətləndirilib. Nəticədə Mahaçqala birinci yeri tutub.

Bununla bağlı kubok və vımpeli Mahaçqala administrasiyasının başçısı vəzifələrini müvəqqəti icra edən Murtuzəli Rabadanova təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR