® Meyxana məharəti ilə seçilən qalib 3333 manat qazandı - FOTO

<font color=red>® </font> Meyxana məharəti ilə seçilən qalib 3333 manat qazandı - <span style="color: red;">FOTO
# 06 fevral 2014 10:38 (UTC +04:00)

Bakı - APA-Economics. “De gəlsin” verilişi ilə birlikdə keçirilmiş “Gillette Blue 3 meyxana yarışması” bir çox Azərbaycan meyxana həvəskarlarının marağına səbəb oldu. Bir müddət öncə isə həftələr boyunca davam etmiş bu yarışmanın qalibi elan olundu.

APA-Economics”in xəbərinə görə, yarışma zamanı hər həftə münsiflərin seçdiyi qalibə 333 manat təqdim edilirdi. Final iştirakçıları isə 3333 manat üçün mübarizə apardılar. Ustad meyxanaçılardan və tanınmış sənətkarlardan ibarət münsiflər heyəti Fərhad Mehrəliyev adlı istifadəçinin yazdığı və videoya çəkdiyi meyxananı finalda 1-ci yerə layiq gördülər.

Yarışma zamanı 50-dən çox daxil olmuş Blue 3 haqqında maraqlı meyxana videoları www.meykhana.az saytına yerləşdirilirdi. Maraqlısı odur ki, qalibin göndərdiyi meyxana fərqli - musiqili meyxana kimi ifa olunub.

Meyxana yarışmasının finalını TV-də izləyə bilməyənlər ona Youtube-də baxa bilərlər: http://www.youtube.com/watch?v=YO1ResGdzTM

Finalda iştirak edən meyxana videoları tanınmış meyxanaçılar üçün də marağa səbəb oldu. Blue3 Meyxana Yarışması meyxanaçılara öz istedadını nümayiş etdirməyə yeni və maraqlı məkan yaratdı. Münsiflərdən biri olan Mehman Əhmədlinin sözlərinə görə, bu yarış cavanları meyxana yaratmağa və özlərini bu janrda sınamağa həvəsləndirib.

Rəşad Dağlı finalçının yaratdığı meyxananın uğurunu onun fərqli olmasında görür və eksklüziv müsahibədə seçimi belə əsaslandırır: http://www.youtube.com/watch?v=rNFOyE0ztws

Layihənin ən maraqlı hadisələri məhz finalda baş verdi. Münsiflər də Blu3 ilə bağlı qafiyyə qoşmaqdan özlərini saxlaya bilmədilər. Meyxana ustaları və finalçıların deyişməsi izləyənlərə əyləncəli anlar yaşatdı. http://www.youtube.com/watch?v=K0mwhFdcPrY

“Gillette” istifadəçilərinə üzlərini Blue3 ilə təraş etməyi, köhnə ülgücləri ilə isə ritm tutub meyxana deməyi təklif etdi. Məhz “Blue3” birdəfəlik Gillette ülgücləri arasında ən yaxşısı sayılır və rahat təraş təmin edir. Məhsul haqqında ətraflı məlumat almaq və suallarınıza cavab almaq üçün vermək üçün https://www.facebook.com/mukemmelbaslangic Facebook səhifəsinə baş çəkin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR