Sabah Gürcüstanda Gənc Şairlər Festivalı işə başlayır

Sabah Gürcüstanda Gənc Şairlər Festivalı işə başlayır
# 25 iyun 2014 16:59 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Sabah Tiflisdəki Qriboyedov adına Rus Dram Teatrında Gürcüstanda keçiriləcək Gənc Şairlər Festivalının açılışı olacaq.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, festivala Gürcüstanda yeni yaradıcılığa başlayan 50 və onların xaricdə yaşayan 20 nəfər həmyaşıdı olan gənc şairlər qatılacaq.

Tədbirdə Gürcüstan, Azərbaycan, Ermənistan, Rusiya, Ukrayna, Belarus, Estoniya, Polşa və Litvadan gələn ən istedadlı şairlər ustad dərsləri keçəcəklər. On gün davam edəcək tədbirin marafonu Tiflis, Msxeta, Tsxaltubo, Bağdadi, Kutaisi, Şekveliti və Batumi şəhərlərini əhatə edəcək. Festival çərçivəsində tamaşalar, kitab təqdimatları, şeir axşamları, konsertlər və müxtəlif tədbirlər təşkil ediləcək.

Maarifləndirmə xarakteri daşıyan tədbirdə əsas məqsəd yeni yazmağa başlayan 14-17 yaşlı gənc şairlər arasında mədəni əlaqələrin yaradılması, gənc şairlərin şeirlərinin tərcüməsi, onların peşəkar qələm sahibləri kimi yetişməsidir.

Festivalın təşkilatçısı Beynəlxalq Mədəni-Maarifləndirmə Birliyi olan “Rus Klubu”dur. Layihə Tiflisdə fəaliyyət göstərən xeyriyyəçi “Kartu” Fondunun dəstəyi ilə həyata keçirilir.

Festival iyulun 4-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR