Azərbaycan Superkuboku Qəbələdə keçiriləcək

Azərbaycan Superkuboku Qəbələdə keçiriləcək
# 25 iyun 2014 10:56 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Superkuboku uğrunda matçın vaxtı və məkanı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının qalibi “Qarabağ” və ölkə kubokunun sahibi “Neftçi” Superkuboku əldə etmək üçün Qəbələdə görüşəcək.

Bu qarşılaşma çempionatın başlamasından 4 gün sonra keçiriləcək. Belə ki, avqustun 13-də tərəflər ən güclünü müəyyənləşdirməyə çalışacaq.

Qeyd edək ki, ötən il Superkubok matçı Naxçıvanda keçirilmişdi. Onda Con Toşakın çalışdırdığı “Xəzər Lənkəran” yeganə titulunu “Neftçi”ni yenməklə (2:1) əldə etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR