Bakı. Real Cəfərli - APA. ABŞ Fars körfəzinə aviadaşıyıcı göndərir.
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın müdafiə naziri Çak Heygel açıqlama verib.
Onun sözlərinə görə, bu addım ABŞ-ın İraqdakı mənafeyi, İraq xalqı və İraqdakı amerikalıları qorumaq məqsədilə atılır: “Bu baxımdan “USS George Bush” aviadaşıyıcısının bölgəyə göndərilməsi barədə qərar qəbul edilib”.