Barrozu: “Azərbaycan prezidenti ilə görüşlərimizin intensivliyini görməkdən çox şadam”

Barrozu: “Azərbaycan prezidenti ilə görüşlərimizin intensivliyini görməkdən çox şadam”
# 14 iyun 2014 12:42 (UTC +04:00)

Mən “Cənub” dəhlizi ilə bağlı Birgə Bəyannamənin imzalandığı əvvəlki səfərimi çox yaxşı xatırlayıram. Bu layihə hazırda uğurla həyata keçirilir. Mən, eyni zamanda, ötən ilin iyulunda Sizi Brüsseldə salamlamaq şərəfinə nail oldum. Biz, həmçinin Vilnüsdə “Şərq tərəfdaşlığı” Sammitində görüşdük. Mən görüşlərimizin intensivliyini görməkdən çox şadam”.

APA-nın məlumatına görə, bunu Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Azərbaycan prezidenti İlham Əliyevlə keçirilən geniş tərkibdə görüşdə deyib.

Qonaq bildirib ki, Bakının əhəmiyyətli dərəcədə müasirləşdiyinin şahidi olub, 2011-ci illə müqayisədə yaxşılığa doğru çoxlu fərq var: “Mən Sizin, hakimiyyətin və Azərbaycan xalqının daha müasir, sabit, inkişaf edən ölkə uğrunda səylərinizi görürəm. Mən, həmçinin Sizi təkcə diplomatik deyil, mühüm beynəlxalq uğurlarınız - “Eurovision” mahnı müsabiqəsi, Azərbaycanın dəstəklədiyi komandanın İspaniya çempionatında qələbəsi münasibətilə təbrik edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR