Azərbaycanda silah-sursat aşkarlanıb

Azərbaycanda silah-sursat aşkarlanıb
# 25 fevral 2014 10:05 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda silah-sursat aşkar edilib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xok kənd sakini Adıgözəl Bağırovun həyətindən 3 ədəd ov tüfəngi, 1 ədəd “Voltran-85” Kombat tipli qaz tapançası, 1 ədəd kustar üsulla hazırlanmış tapança, 1 ədəd xəncər, 2 ədəd güllə keçirməyən jilet, 2 ədəd binokl, 2 sandıqça və 575 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR