Qərbin əsas fond indeksləri enib

Qərbin əsas fond indeksləri enib
# 27 yanvar 2014 07:05 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 24-də Amerika fond bazarında Dow Jones indeksi 2,0% - 15 879 bəndədək, S&P 500 2,1% - 1 790 bəndədək, Nasdaq 2,2% - 4 128 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsinə əsasən xarici amillər təsir edib. O cümlədən, investorları bir sıra inkişafda olan ölkələrin valyutalarının ucuzlaşması amili narahat edir.

Avropa fond bazarlarında yanvarın 24-də FTSE 100 indeksi 1,6% - 6 664 bəndədək, Almaniya DAX-ı 2,5% - 9 392 bəndədək, Fransa CAC-40-ı isə 2,8% - 4 162 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,9% artaraq 1 269,40 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3675 dollar (-0,1%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR