Gəncədə 36 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb

Gəncədə 36 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb
# 19 mart 2014 11:00 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhər sakini, 1978-ci il təvəllüdlü Ramin Orucovu bıçaqlayan şəxs saxlanılıb. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, R. Orucovu, Gəncə şəhər Avtozavod qəsəbəsində yaşayan, 1981-ci il təvəllüdlü Sirinnaz Məmmədova şəxsi münasibətlər zəmində bıçaqlayıb. Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Ş. Məmmədova saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Gəncə şəhər sakini Ramin Orucov gecə saatlarında qarının çoxsaylı kəsilmiş-deşilmiş yaraları ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR