Azərbaycanda uşaqlara sanatoriya-kurort şəraitində tibbi yardım almaq imkanları yaradılır

Azərbaycanda uşaqlara sanatoriya-kurort şəraitində tibbi yardım almaq imkanları yaradılır
# 01 oktyabr 2013 08:26 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda uşaqlarla bağlı xeyli hüquqi güzəştlər tətbiq edilir.

Milli Məclisin Sosial siyasət komitəsindən APA-ya verilən məlumata görə, bununla bağlı “Uşaq hüquqları haqqında” və “Əhalinin sağlamlığının qorunması haqqında” qanunlara eyni məzmunlu əlavələr layihəsi hazırlanıb.

Layihədə bildirilir ki, uşaqların dispanserizasiyadan keçmək, dispanserizasiyanın nəticələrindən asılı olaraq tibbi göstərişlər əsasında ambulator, stasionar və ya sanatoriya-kurort şəraitində tibbi yardım almaq, dispanserizasiyanın nəticələri, o cümlədən aparılmış müayinə-müalicə tədbirləri, habelə sağlamlığının vəziyyəti haqqında tam və obyektiv məlumat almaq hüquqları var.

Layihə artıq parlamentin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR