Bakıda minik avtomobili elektrovoza çırpılıb, xəsarət alanlar var

Bakıda minik avtomobili elektrovoza çırpılıb, xəsarət alanlar var
# 10 yanvar 2014 10:08 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda minik avtomobilinin elektrovoza çırpılması nəticəsində 4 nəfər xəsarət alıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 8-də saat 19 radələrində Qala-Binə yolunun 30-cu kilometrliyində, qorunmayan keçiddə Maştağa qəsəbə sakini Rauf Mustafayev idarə etdiyi “VAZ-21011” markalı avtomobili elektrovoza vurub. Sürücü və sərnişinləri - Goranboy rayon sakini Nemət Əliyev, Lerik rayon sakini Əziz Nəzərov, Qax rayon sakini Bayram Bayramov xəstəxanaya yerləşdiriliblər.

Sabunçu Xətt Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR