Bayıl yamacı, Masazır və Əhmədlidə sürüşmənin qarşısını almaq üçün görüləcək işlər açıqlanıb

Bayıl yamacı, Masazır və Əhmədlidə sürüşmənin qarşısını almaq üçün görüləcək işlər açıqlanıb
# 05 mart 2014 12:18 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bayıl yamacında sürüşmə prosesinin qarşısının alınması istiqamətində davam etdirilən tədbirlər sayəsində son 3 ay ərzində sürüşmə sahəsində yeraltı suların səviyyəsi 55 sm enib.

APA-nın məlumatına görə, Azərbaycan hökumətinin 2013-cü ildə fəaliyyətinə dair hesabatda bildirilib ki, kompleks tədbirlərin növbəti mərhələsində dayanıqlıq faktorunun daha da artırılması, sürüşən kütlənin vəhdətliyinin pozulması və yüklərin tarazlığının bərabər paylanmasını təmin etmək məqsədilə svaylardan ibarət istinad divarı yaradılacaq. Hazırda sürüşmə sahəsində 55 svay vurulub və daha 55 svayın vurulması nəzərdə tutulub.

Abşeron rayonunun Masazır qəsəbəsində Nazim Əsədov küçəsi ilə Qır gölü arasındakı maili yamacda baş vermiş sürüşmə prosesini stabilləşdirmək məqsədilə 45 metr uzunluğunda monolit dəmir-beton konstruksiyalı istinad divarı inşa edilib.

Aparılmış mühəndis tədbirləri nəticəsində sürüşmə sahəsində nisbi stabillik mövcud olduğu halda, şimal-şərq və cənub-qərb istiqamətlərində yeni sürüşmə sahələrinin formalaşması müəyyən edilib və hazırda müdafiə tədbirlərinin yerinə yetirilməsi üçün layihə hazırlanır.

Bakının Xətai rayonundakı Əhmədli massivində baş vermiş sürüşmə prosesinin səbəblərinin araşdırılması, geoloji, mühəndis-geoloji, topoqrafik parametrlərin dəqiqləşdirilməsi, sürüşməyə qarşı kompleks müdafiə tədbirlərinin hazırlanması və yerinə yetirilməsi məqsədilə ərazidə tədqiqatlar aparılıb və hazırda qabaqlayıcı tədbirlər həyata keçirilməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR