“İnter” rəhbərliyi gürcüstanlı məşqçini vəzifəsindən kənarlaşdırıb

“İnter” rəhbərliyi gürcüstanlı məşqçini vəzifəsindən kənarlaşdırıb
# 13 sentyabr 2013 12:06 (UTC +04:00)

Bakı – APA. Bakının “İnter” klubunun rəhbərliyi seleksiyaçı məşqçisi Aleksandr Rexviaşvilini komandadan uzaqlaşdırıb. Apasport.az saytının əldə etdiyi xəbərə görə, gürcüstanlı məşqçi işinin öhdəsindən gələ bilmədiyi üçün klubdan göndərilib.


Belə ki, onun yay “transfer pəncərəsi” dönəmində gətirdiyi legionerlərin səviyyəsi klub rəhbərliyini qane etməyib. Hazırda 6 oyuna cəmi 1 qələbə qazanması Rexviaşvilinin gətirdiyi futbolçuların səviyyəsindən xəbər verir.

Qeyd edək ki, 2005/06 mövsümündə qısa müddət “Bakı”nın futbolçusu olmuş Aleksandr Rexviaşvili “İnter”də ötən ilin yayından etibarən işləyirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR