Dow Jones indeksi 0,4%, S&P 500 0,3% enib, Nasdaq 0,1% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,3% enib, Nasdaq 0,1% yüksəlib
# 25 sentyabr 2013 06:33 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Sentyabrın 24-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 15 335 bəndədək, S&P 500 0,3% - 1 697 bəndədək enib, Nasdaq 0,1% - 3 768 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin dinamikası mənfi makroiqtisadi göstəricilərin fonunda baş verib.

Avropa fond bazarlarında sentyabrın 24-də FTSE 100 indeksi 0,2% - 6 572 bəndədək, Almaniya DAX-ı 0,3% - 8 665 bəndədək, Fransa CAC-40-ı isə 0,6% - 4 196 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% azalaraq 1 324,2 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3467 dollar (-0,2%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR