SAM ATƏT-in Akademik Şəbəkəsinə üzv qəbul edilib

SAM ATƏT-in Akademik Şəbəkəsinə üzv qəbul edilib
# 04 fevral 2014 11:27 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) ATƏT-in Akademik Şəbəkəsinə üzv qəbul olunub. SAM-dan APA-ya verilən məlumata görə, mərkəzin xarici siyasət məsələlərinin təhlili şöbəsinin elmi işçisi Azad Qəribov Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibində ATƏT Nazirlər Şurasının Kiyev sammitində iştirak edib. A. Qəribov şəbəkənin koordinatoru Volfanq Zellnerlə görüşərək SAM-ın quruma üzvlük perspektivləri barədə müzakirələr aparıb. SAM ATƏT-in Akademik Şəbəkəsinə üzv qəbul edilib.

Qeyd olunub ki, ATƏT-in Akademik Şəbəkəsi 2013-cü ilin iyun ayında ATƏT tərəfindən Vyanada təşkil edilmiş “Təhlükəsizlik günləri” sammiti çərçivəsində ATƏT-in baş katibi Lamberto Zannierin təşəbbüsü ilə tanınmış beyin mərkəzlərinin görüşündə təsis edilib.

Şəbəkənin əsas məqsədi ATƏT qarşısında duran əsas vəzifələr və çağırışlar barədə müzakirələr aparmaq, ATƏT çərçivəsində həyata keçirilən müzakirələri akademik cəhətdən dəstəkləməkdir.

Şəbəkə qarşısında duran ən önəmli vəzifələrdən biri də davam etməkdə olan və 2015-ci ilədək ATƏT daxilində islahatların keçirilməsi və təşkilatın beynəlxalq arenadakı aktivliyini təmin edilməsini nəzərdə tutan “Helsinki+40” prosesinə töhfə verməkdən ibarətdir.

Şəbəkəyə ATƏT-ə üzv dövlətlərin aparıcı beyin mərkəzləri və tədqiqat institutlarının üzv ölması nəzərdə tutulur. Hazırda şəbəkə üzvləri sırasında 27 ölkədən 30 beyin mərkəzi təmsil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR