Misirdə toqquşmalar nəticəsində 9 nəfər ölüb - VİDEO

Misirdə toqquşmalar nəticəsində 9 nəfər ölüb - <span style="color: red;">VİDEO
# 24 yanvar 2014 17:50 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, dörd nəfər Beni-Sueyf əyalətində, daha üçü Fayum şəhərində baş verən toqquşmalar zamanı öldürülüb. Onlardan ikisi fəaliyyəti qadağan olunan və terror təşkilatları siyahısına daxil edilən "Müsəlman Qardaşlar"-ı tərəfindən qətlə yetiriblər.

Daha iki nəfər Dümyat əl Qadida şəhərində və Əl-Minya əyalətində öldürülüb.

Gün ərzində 100-dən çox "Müsəlman Qardaşlar" təşkilatının üzvü həbs edilib, xeyli sayda odlu silah, avtomatik tüfənglər, əldəqayırma partlayıcı maddələr, qumbaralar və s. müsadirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR