Bakı. Musa Əhmədov - APA-Economics. ilə “Bank of Baku” 28 May - Respublika Günü münasibətilə “Bolkart” sahibləri üçün yeni nağdlaşdırma kampaniyası elan edib.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, 22-28 may 2014-cü il tarixləri arasında “Bolkart” sahibləri kartlarından pul çıxara, balanslarındakı bütün məbləği nağdlaşdıra bilərlər.
Kartını nağdlaşdıran şəxslər iyulun 10-dək faizsiz ödəniş imkanı qazanır. Nağdlaşdırmanın komissiya haqqı 3%-dir.
Bolkartı nağdlaşdırmaq üçün “Bank of Baku”nun istənilən bankomatına üz tutula bilər. Bankomatların dəqiq ünvanları ilə bu linkdən - http://www.bankofbaku.com/az/filials-and-atms/atms/ tanış olmaq mümkündür.