Milli komandamızın futbolçusu Almaniya çempionatında ilk qolunu vurub

Milli komandamızın futbolçusu Almaniya çempionatında ilk qolunu vurub
# 02 sentyabr 2013 10:42 (UTC +04:00)

Bakı – APA. Yığmamızın futbolçusu Rüfət Dadaşov cari mövsüm klubunda qol hesabını açıb. Apasport.az saytının məlumatına görə, o, “Kayzerslautern”in U-23 komandasının Regionalliqada “Pfullendorf”a qarşı keçirdiyi oyunda fərqlənib.


Belə ki, “Kayzerslauter”nin II komandası qonaqları 7:0 hesabı ilə darmadağın edib. Rüfət meydana 51-ci dəqiqədə daxil olub və het-trikə imza atmış Yan-Lukas Dorovu əvəzləyib. Dadaşov 64-cü dəqiqədə özü də fərqlənib və komandasının 5-ci qolunu vurub.

Qeyd edək ki, Rüfət Dadaşov millimizin Malta ilə son yoldaşlıq oyununda da dubl etməyi bacarmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR