İran prezidenti Azərbaycan prezidentini təbrik edib

İran prezidenti Azərbaycan prezidentini təbrik edib
# 09 iyun 2014 14:31 (UTC +04:00)

Bakı-APA. İran prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, məktubda deyilir:

“Möhtərəm cənab prezident, Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə sizi, qonşu və dost Azərbaycan dövlətini, xalqını səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Sizinlə sonuncu səmimi görüşümüzün ardınca, yüksək diqqətiniz, İran və Azərbaycanın məsul rəsmi şəxslərinin birgə daimi səyləri nəticəsində əməkdaşlığımızın genişləndirilməsi istiqamətində yeni mərhələnin başlanmasına, qardaşlıq ruhuna əsaslanaraq, ölkələrimiz arasındakı hazırkı gözəl dostluq münasibətlərinin ikitərəfli, regional və beynəlxalq səviyyələrdə daha da möhkəmlənməsinə şahid olacağıq. Allah Təaladan Sizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, qardaş Azərbaycan xalqına isə rifah, səadət və xoş günlər arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR