Futbol yığmamız Portuqaliya ilə eyni qrupda mübarizə aparacaq

Futbol yığmamız Portuqaliya ilə eyni qrupda mübarizə aparacaq
# 20 noyabr 2013 10:16 (UTC +04:00)

Bakı – APA. Bu gün 17 yaşadək qızlar arasında növbəti Avropa çempionatının püşkü atılıb. Apasport.az saytının məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında gerçəkləşən tədbirdə Azərbaycan millisinin rəqibləri müəyyənləşib.


Final mərhələsi İslandiyada keçiriləcək 2014/15 mövsümünün qitə çempionatının seçmə mərhələsində 40 komanda 10 qrupa bölünüb. Siyasət Əsgərovun baş məşqçisi olduğu yığmamız III qrupda yer alıb.

Komandamız qrupda ilk 2 yerdən birini tutmaq uğrunda İsveçrə, Macarıstan və Portuqaliya ilə mübarizə aparacaq. Qrup oyunlarının hansı ölkədə keçiriləcəyi isə hələ dəqiqləşməyib. Hər qrupda ilk 2 yeri tutan komandalar və ən yaxşı 3-cü yer sahibi elit-raunda yüksələcək.

Qeyd edək ki, Avro-2015-in seçmə mərhələsinin oyunları 2014-cü il avqustun 1-dən 31-dək olan müddətdə keçiriləcək.

A səbəti: Danimarka, İsveçrə, İsveç, Polşa, Belçika, Norveç, Çexiya, İrlandiya, Hollandiya, İngiltərə

B səbəti: Finlandiya, Rusiya, Şotlandiya, İtaliya, Avstriya, Serbiya, Macarıstan, Uels, Türkiyə, Sloveniya

C səbəti: Rumıniya, Bosniya və Hersogovina, Şimali İrlandiya, Belarus, Yunanıstan, Ukrayna, Monteneqro, Bolqarıstan, İsrail, Latviya, Farer adaları, Moldova, Estoniya, Litva, Azərbaycan, Slovakiya, Xorvatiya, Qazaxıstan, Makedoniya, Portuqaliya

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR