Beynəlxalq muzeylər günü ilə bağlı Milli Azərbaycan Tarixi Muzeyində silsilə tədbirlər keçiriləcək

Beynəlxalq muzeylər günü ilə bağlı Milli Azərbaycan Tarixi Muzeyində silsilə tədbirlər keçiriləcək
# 14 may 2014 16:31 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. “Muzey kolleksiyaları ünsiyyət yaradır” sloqanı “ Beynəlxalq Muzeylər Şurası (İCOM) tərəfindən 18 may - Beynəlxalq muzeylər günü” silsilə tədbirlərin şüarı elan olunub. APA-nın məlumatına görə, beynəlxalq muzeylər günü ilə bağlı Milli Azərbaycan Tarixi Muzeyində silsilə tədbirlər keçiriləcək.

Mayın 16-da Milli Azərbaycan Tarixi Muzeyində “Dost ellərinin hədiyyələri” sərgisinin təntənəli açılışı olacaq. Sərgidə 74 ölkə və bölgəni təmsil edən 600-dan artıq unikal eksponat – Azərbaycanın dövlət müəssisələri və görkəmli şəxsiyyətlərinə edilən hədiyyələr nümayiş olunacaq.

Ekspozisiyada alban, bolqar, çex, qana, monqol, özbək, rumın, türkmən milli geyimləri, əfqan, belorus, rumın, İran, Mali, Misir, Moldova, Kabarda-balkar, tacik, türkmən xalçaları, rus, qazax, Kuba, Hindistan, Çin, Seneqal, özbək musiqi alətləri təqdim ediləcək.

Sərgi sentyabrın 1-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR