Çində kazinoda partlayış baş verib: 14 nəfər ölüb, 7 nəfər yaralanıb

Çində kazinoda partlayış baş verib: 14 nəfər ölüb, 7 nəfər yaralanıb
# 13 yanvar 2014 15:24 (UTC +04:00)

Bakı – APA. Çində qeyri-leqal kazinoda baş vermiş partlayış nəticəsində 14 nəfər ölüb, 7 nəfər yaralanıb.

APA – nın məlumatına görə, bu barədə “Associated Press” yerli mətbuata istinadən xəbər yayıb.

Hadisənin Quyçjou əyalətində baş verdiyi bildirilir. Çin polisi hesab edir ki, partlayış təsadüfi olmayıb. Bu üzdən hadisə ilə bağlı cinayət işi açılıb.

Partlayışın səbəbləri barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR