Azərbaycanda yük maşınında partlayış olub, ölən var

Azərbaycanda yük maşınında partlayış olub, ölən var
# 25 iyul 2013 10:39 (UTC +04:00)

Biləsuvar rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə dünən Biləsuvar rayonu ərazisində qeydə alınıb. Rayon sakini Qafar Nağıyev Babək rayon sakini İsmayıl Bədəlova məxsus “KamAZ” markalı yük maşınının yanacaq çənində qaynaq işləri apararkən çən partlayıb. Nəticədə yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilən Q. Nağıyev aldığı xəsarətdən orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR