Almaniyanın “Bavariya” klubu vaxtından əvvəl ölkə çempionluğunu qazanıb

Almaniyanın “Bavariya” klubu vaxtından əvvəl ölkə çempionluğunu qazanıb
# 26 mart 2014 00:10 (UTC +04:00)

APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, münhenlilər həm də yeni rekorda imza atıblar.

Bundesliqanın 27-ci turunda səfərdə “Herta”ya qalib gələn “Bavariya” çempionluğu təmin edib. Buna “Borussiya”nın ev oyununda “Şalke” ilə heç-heçə etməsi də kömək edib. Çempionatın bitməsinə 7 həftə qalmış 77 xal toplayan münhenlilər ikinci yerdə gedən “Borussiya” ilə fərqi də 25 xala çatdırıblar. Artıq “Borussiya”nın “Bavariya”ya çatması qeyri-mümkündür.

Qeyd edək ki, “Bavariya” Almaniya çempionatı tarixində ən erkən çempionluq rekordunu da yeniləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR