Azərbaycan Böyük Vətən Müharibəsi əlillərinin avtomobillə təmin olunmasını gələn il başa çatdıracaq

Azərbaycan Böyük Vətən Müharibəsi əlillərinin avtomobillə təmin olunmasını gələn il başa çatdıracaq
# 18 sentyabr 2013 09:39 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanda növbədə duran 300 nəfərdən artıq Böyük Vətən Müharibəsi əlili var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi gələn il bu kateqoriyadan olan əlilləri avtomobillə təmin etməyi planlaşdırır. «APA-Economics»in məlumatına görə, bunu Nazirliyin aparat rəhbəri Elnur Kələntərov bildirib.

Onun sözlərinə görə, ilin sonuna qədər bu qəbildən olan insanlara 280 avtomobil veriləcək: «Biz ənənə olaraq Böyük Vətən Müharibəsi, Qarabağ döyüşü, Çernobıl qəzası və Əfqanıstanda döyüşlərdə əlil olmuş həmvətənlərimizi avtomobillərlə təmin edirik. Qarşıdakı məqsədimiz gələn il bütün növbədə olan Böyük Vətən Müharibəsi əlillərinin avtomobillə təmin olunmasıdır».

E.Kələntərov əlavə edib ki, ümumilikdə 1 400 nəfər azərbaycanlı avtomobil növbəsindədir. Yaxın illərdə bu növbələrə tam yekun vurulacaq.

Qeyd edək ki, bu günə qədər 4 000 min Azərbaycan vətəndaşı Əmək və Əhlinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomobillə təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR