Zaqatala bazarında mənşəyi məlum olmayan məhsulların satışı qadağan edilib - FOTO

Zaqatala bazarında mənşəyi məlum olmayan məhsulların satışı qadağan edilib - <span style="color: red;">FOTO
# 07 may 2014 11:36 (UTC +04:00)

Bakı - APA-Economics. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən Zaqatala şəhəri, Xətai küçəsi 5 ünvanında yerləşən “Zaqatala bazar-2” ASC-də dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Komitənin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, araşdırmalar zamanı müəyyən olunub ki, bazarda mənşəyi bilinməyən, gigiyenik və uyğunluq sertifikatları olmayan məhsullar satılır.

Bazarda istismar olunan ölçmə vasitələrinin müqayisəli dövlət yoxlamasından keçirilmədiyi, ət məhsullarının satışı üçün ayrılmış sektorun natəmiz saxlanıldığı aşkar edilib. Bundan başqa, kənd təsərrüfatı məhsullarının yerə düzülərək natəmiz şəraitdə, şirniyyat, ət və süd məhsullarının anti-sanitar vəziyyətdə və saxlanma rejiminə əməl olunmadan üstü açıq şəkildə satıldığı müşahidə edilib.

Aşkar olunmuş bu və digər nöqsanların aradan qaldırılması ilə bağlı bazar rəhbərliyinə iradnamə verilib, istifadə olunan ölçmə vasitələrinin istismarı və mənşəyi məlum olmayan məhsulların satışı qadağan edilib, inzibati xəta haqqında protokol tərtib edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR