Mingəçevirdə ocağa düşərək yanan 8 yaşlı uşaq dünyasını dəyişib - YENİLƏNİB

Mingəçevirdə ocağa düşərək yanan 8 yaşlı uşaq dünyasını dəyişib - <span style="color: red;">YENİLƏNİB
# 27 noyabr 2013 21:21 (UTC +04:00)

Mingəçevir. Zahid Abışov-APA. Noyabrın 27-də səhər saatlarında Mingəçevirdə ocağa düşərək yanan 8 yaşlı uşaq dünyasını dəyişib. Mingəçevir şəhər Polis İdarəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, Həsənov Cavid Azad oğlu axşam saatlarında Mingəçevir Şəhər Uşaq Xəstəxanasında vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

*** 27 noyabr 19.47

Mingəçevir. Elvin Yaqubov - APA. Mingəçevir şəhərində azyaşlı uşaq ölümcül yanıb. APA-nın məlumatına görə, Mingəçevir şəhərinin Naxçıvan küçəsi 31, mənzil 71-də yerləşən yataqxanaların birində yaşayan 2005-ci il təvəllüdlü Həsənov Cavid Azad oğlu bu gün səhər saatlarında faciəli hadisə ilə üzləşib.

Valideynlərinin nəzarətindən kənarda qalan 8 yaşlı uşaq yaşadığı yataqxanadan xeyli kənarda boş bir sahədə oynayan zaman soyuq havada qızınmaq üçün tullantı kağızlarını və xırda odun parçalarını toplayaraq ocaq yandırıb. Ocaq çökək bir ərazidə olub.

Qəfildən ayağı sürüşən Cavid Həsənov güclü alovlanmış ocağın üstünə düşüb və onun bədəninin 70 faizi yanıb. Ətrafdakı adamlardan biri yanan uşağı ocağın içərisindən çıxarıb. O, şəhər təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına zəng edərək hadisə barədə məlumat verib. Uşaq dərhal Mingəçevir şəhər Uşaq Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Mingəçevir Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR