Prokuror qətlə yetirilən Vüsal Şilderə qarşı avtomobil qəzası təşkil etməkdə təqsirləndirilən polis mayoruna cəza istəyib

Prokuror qətlə yetirilən Vüsal Şilderə qarşı avtomobil qəzası təşkil etməkdə təqsirləndirilən polis mayoruna cəza istəyib
# 15 may 2014 12:31 (UTC +04:00)

Vüsal Şilderin ailəsinin vəkili Aslan İsmayılovun APA-ya verdiyi məlumata görə, prosesdə məhkəmə istintaqının başa çatması barədə qərar qəbul edilib.

Daha sonra dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən və həbsdə olan iş adamı Yaşar Sunarın 7 il, sabiq polis mayoru İlham Məmmədovun 8 il, Qurban Novruzovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror digər təqsirləndirilən şəxs, hazırda zamində olan Kənan Babayevin də 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Vəkil A.İsmayılov dövlət ittihamçısının çıxışı ilə razı olduqlarını bildirib: “Lakin biz hesab edirik ki, İlham Məmmədova daha ağır cəza verilməlidir. Çünki hadisənin sifarişçisi, başında duranı İlham Məmmədovdur. Ona Qurban Novruzovla eyni cəzanı vermək ədalətsizlik olar”.

Proses mayın 23-də davam etdiriləcək.

Qeyd edək ki, İlham Məmmədov həbs olunana kimi Binəqədi Rayon İdarəsində işləyib.

Ötən il mayın 2-də Ə.Rəcəbli küçəsində Almaniya vətəndaşı Vüsal Şilder aldığı iki bıçaq xəsarəti ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, 18-ci Polis Bölməsi və Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Elman İsgəndərov və Seymur Talıbov saxlanılıb. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Almaniya vətəndaşı olan 23 yaşlı Vusal Şilder Adolf əslən azərbaycanlıdır. Belə ki, Almaniya vətəndaşı olan kişi ilə Azərbaycan vətəndaşı olan qadın Vusal Şilder Adolfu 20 il əvvəl Bakıda övladlığa götürüblər. O, Qərb Universitetinin ikinci kurs tələbəsi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR