DİN Bərdədə iki nəfərin ölümü ilə nəticələnən qəza barədə məlumat yayıb

 DİN Bərdədə iki nəfərin ölümü ilə nəticələnən qəza barədə məlumat yayıb
# 07 dekabr 2013 10:20 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Daxili İşlər Nazirliyi (DİN) Bərdədə baş verən yol qəzası ilə bağlı məlumat yayıb. APA-nın nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 6-da saat 19 radələrində Bərdə rayonunun Əliyanlı kəndi ərazisində Dəymədağlı kənd sakini Ceyhun İbrahimovun idarə etdiyi "Mercedes" markalı və Ağdam rayon sakini Məhərrəm Məhərrəmovun idarə etdiyi "VAZ-21011" markalı avtomobillər toqquşub. M.Məhərrəmov və sərnişinləri - Ağdam rayon sakinləri İlkin Əhmədov, Gülər Gülməmmədova və Nişanə Məmmədova, habelə C.İbrahimov və sərnişini - Dəymədağlı kənd sakini Rafiq Qarazadə xəstəxanaya yerləşdirilib. N.Məmmədova və İ.Əhmədov orada ölüb, C.İbrahimova və R.Qarazadəyə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR