DİN yol polisi və daha bir nəfərin ölümü ilə nəticələnən zəncirvari yol qəzası haqqında məlumat yayıb

DİN yol polisi və daha bir nəfərin ölümü ilə nəticələnən zəncirvari yol qəzası haqqında məlumat yayıb
# 03 yanvar 2014 10:15 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 31-də saat 19 radələrində Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayının Qaradağ rayonu ərazisindəki Daimi Postunun qarşısında Saatlı rayon sakini Xəyal Orucov idarə etdiyi “Mercedes” markalı avtomobillə eyni istiqamətdə hərəkətdə olan, Qaradağ rayon sakini Mirzə Məmmədovun idarə etdiyi “Mercedes” markalı, İmişli rayon sakini Adil Fərəcovun idarə etdiyi “Mercedes” markalı, Saatlı rayon sakini Ərşad Həsənovun idarə etdiyi “VAZ-21154” markalı, habelə postda dayanmış “BMW” markalı xidməti avtomobili və xidmətdə olan YPX-nin inspektoru, polis kiçik serjantı Polad Mehdiyevi vurub.

P. Mehdiyev və M. Məmmədov hadisə yerində ölüb, X. Orucov və sərnişini - qardaşı Xalid xəstəxanaya yerləşdiriliblər.

X. Orucovun və qardaşı Xalidin sərxoş vəziyyətdə olmaları müəyyən edilib.

Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR