Maliyyə Nazirliyi: Avtomobil qəzaları ilə bağlı sığorta ödənişlərinin video görüntülər əsasında verilməsi təklifinə müsbət yanaşırıq

Maliyyə Nazirliyi: Avtomobil qəzaları ilə bağlı sığorta ödənişlərinin video görüntülər əsasında verilməsi təklifinə müsbət yanaşırıq
# 11 dekabr 2013 10:10 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, bunu Xidmətin rəisi Namiq Xəlilov bəyan edib.

Qeyd edək ki, bu təkliflə Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) çıxış edib. ASA-nın ekspertləri hesab edirlər ki, belə olan halda qəza ilə bağlı rəsmi qurumlardan protokolun alınmasına ehtiyac qalmayacaq, yəni sığorta şirkətləri ödənişlə bağlı qərarı video görüntülər əsasında qəbul edə biləcək.

Avtomobil qəzaları zamanı hadisənin təfərrüatlarının dəqiqləşdirilməsi prosesi çox vaxt apardığına görə, ödənişlərin ləngiməsi sığorta şirkətləri ilə müştərilər arasında çoxsaylı mübahisələrə səbəb olur. Qeyd edək ki, hazırda hadisənin baş verdiyini və təfərrüatlarını təsdiqləyən əsas sənəd yol polisindən alınan protokoldur. Qaydalara görə, sığorta şirkətləri ödənişin verilib-verilməməsi ilə bağlı qərarı bu protokolla tanış olduqdan sonra verir. Lakin əksər hallarda bu sənədin alınması çox vaxt aparır. N.Xəlilovun fikrincə, video görüntülərin bu prosesdə istifadəsi həm vaxta qənaət olunmasına, həm də ləngimələrin səbəblərinin aradan qaldırılmasına gətirib çıxaracaq.

Beləliklə təklif edilir ki, sığorta hadisələri baş verdikdə maşınlarda olan videoregistratorların qeydə aldığı videolar sənəd kimi qəbul olunsun və hadisənin düzgün və ya səhv olduğunu isbat edən sənəd kimi qeydiyyata alınsın. Nəticədə, rəsmi qurumların protokoluna artıq ehtiyac qalmayacaq.

Ekspertlərin fikrincə, videoregistratorların tətbiqi bir neçə problemi birdən həll edəcək. Əvvəla, bürokratik sənədləşmə mərhələlərinin sayını azaldır. İkincisi, Assosiasiyasının hesablamalarına görə, imtinalara səbəb olan halların 60-70%-nin aradan qalxmasına səbəb olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR