Təhsil Nazirliyi: Məktəbdə ixtisaslı kadr olmadıqda 65 yaşına çatmış müəllimlərin müqavilə müddəti uzadılacaq

Təhsil Nazirliyi: Məktəbdə ixtisaslı kadr olmadıqda 65 yaşına çatmış müəllimlərin müqavilə müddəti uzadılacaq
# 14 oktyabr 2013 14:59 (UTC +04:00)

Təhsil Nazirliyindən APA-nın sorğusuna verilən cavabda bildirilib ki, 65 yaşına çatmış müəllimlərin çalışma müddətinin uzadılması və ya işdən azad edilməsi ilə əlaqədar yeni qaydalar nəzərdə tutulmur. Qeyd olunub ki, bu məsələlər Təhsil Nazirliyinin 15.07.2011-ci il tarixli əmri ilə tənzimlənir: “Təhsil Nazirliyi tərəfindən təhsili idarəetmə orqanlarına tövsiyə edilib ki, müəyyənləşdirilmiş meyarlar nəzərə alınmaqla, o cümlədən məktəbdə ixtisaslı kadr olmadıqda və ya kadrı əvəz etmək mümkün olmadığı hallarda 65 yaşına çatmış müəllimlərin müqavilə müddəti uzadılsın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR