Berti Foqts: “Bütün vergilərimi ödəmişəm”

Berti Foqts: “Bütün vergilərimi ödəmişəm”
# 10 oktyabr 2013 12:25 (UTC +04:00)

Bakı – APA. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts vergidən yayınması ilə bağlı iddialara cavab verib. Apasport.az saytının məlumatına görə, almaniyalı çalışdırıcı bu gün təşkil edilən mətbuat konfransında yerli mətbuatda bu yöndə çıxan xəbərləri yalanlayıb: “Bütün vergilərimi ödəmişəm. Elə olmasaydı, mən bu gözəl ölkədə işləyə bilməzdim. Onu da əlavə edim ki, məndə FİFA müqaviləsidir. Orada hər şey qeyd olunub”.


Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov ölkə mətbuatına açıqlamasında Azərbaycan yığmasının baş məşqçisi olan Berti Foqtsun məcburi sosial sığorta haqqı ödəmək üçün qeydiyyata düşmədiyini bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR