Bəhram Bağırzadənin “İki şəhər” adlı kitabının təqdimatı olub

Bəhram Bağırzadənin “İki şəhər” adlı kitabının təqdimatı olub
# 24 may 2013 20:11 (UTC +04:00)

Bakı. Turan Şakir – APA. Bu gün Müasir İncəsənət Mərkəzində aktyor, fotoqraf-rəssam Bəhram Bağırzadənin “Bakı dünən və bu gün” adlı sərgisi açılıb. Bu barədə APA-ya məlumat verən B.Bağırzadə bildirib ki, 112 şəkildən ibarət olan sərgidəki şəkillər aktyorun şəxsi kolleksiyasına aiddir: “Bu şəkillər Bakının yüz il bundan öncə çəkilmiş şəkilləridir. Mən bu şəkillərə baxaraq, Bakının bugünkü görüntüsünü eyni rakursdan, eyni istiqamətdən çəkmişəm. Ona görə də, sərgi “Bakı dünən və bu gün” adlanır ”.

Tədbirin sonunda müəllifi Bəhram Bağırzadə olan “İki şəhər” adlı kitabın təqdimat mərasimi keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR