Sumqayıtda oğurluqda şübhəli bilinən şəxslər həbs edilib

 Sumqayıtda oğurluqda şübhəli bilinən şəxslər həbs edilib
# 03 yanvar 2014 10:00 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Sumqayıt şəhərində oğurluqda şübhəli bilinən şəxslər tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən oğurluq etdiklərinə görə İlkin Sadıqov, İlkin Bəşirov, Tural Qafarov, Hüseyn Ağayev, Nicat Ağayev saxlanılıb. Onların ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində dekabr ayı ərzində Nuranə Məmmədovanın, Tehran İbrahimovun, Tofiq Musayevin, Mənsurə Məmmədovanın, Fuad İsmayılovun, Namiq Balakişiyevin, Xəyyam Hümbətəliyevin mağazalarından ümumilikdə 2692 manat pul, 1 ədəd mobil telefon, tütün məmulatı, danışıq kartları, ərzaq məhsulları, habelə içərisində 800 manat pul, möhür və sənədlər olan seyfi oğurlamaları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR