KXCP Milli Şuranın taleyi ilə bağlı təkliflər paketi hazırlayıb

KXCP Milli Şuranın taleyi ilə bağlı təkliflər paketi hazırlayıb
# 12 noyabr 2013 11:18 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Milli Şuranın taleyi ilə bağlı təkliflər paketi hazırlayıb.

Bu barədə APA-ya məlumat verən Milli Şuranın üzvü, KXCP sədrinin müavini Xəzər Teyyublu bildirib ki, partiyada Milli Şuranın idarə olunması, gələcək fəaliyyəti, strukturlaşması ilə bağlı müzakirələr keçirilib və qəbul edilən qərarlar Milli Şuranın sessiyasına təqdim olunmaq üçün təkliflər paketinə daxil edilib: “Eyni zamanda 17-də partiyanın Ali Məclisin sessiyası çağırılacaq və sessiyada bu məsələlər bir daha müzakirəyə çıxarılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR