“El” Hərəkatı Müsavat Partiyasının əməkdaşlıq təklifi barədə qərar verməyi təxirə salıb

“El” Hərəkatı Müsavat Partiyasının əməkdaşlıq təklifi barədə qərar verməyi təxirə salıb
# 04 yanvar 2014 10:35 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “El” Hərəkatının İdarə Heyəti Müsavat Partiyasının əməkdaşlıq sazişi ilə bağlı təklifini müzakirə etsə də, bununla bağlı yekun qərar verilməyib. Bunu APA-ya açıqlamasında “El” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev deyib. O bildirib ki, İdarə Heyətinin dekabrın 30-da keçirilən toplantısında ümumi rəy belə olub ki, müttəfiqlik və əməkdaşlıq məsələləri Milli Şuranın nəzdində gerçəkləşsin, çünki digər partiyalar kimi, Müsavat Partiyası da Milli Şurada təmsil olunur: “Ancaq Müsavat Partiyasının təklifi ilə bağlı yekun qərar verilməyib. İdarə Heyətinin gələn həftə keçiriləcək toplantısında bu məsələnin müzakirəsi davam etdiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR