Dənizkənarı Milli Parkda gənc cütlük özünü dənizə ataraq intihara cəhd edib - YENİLƏNİB - FOTOSESSİYA - VİDEO

Dənizkənarı Milli Parkda gənc cütlük özünü dənizə ataraq intihara cəhd edib  - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 09 aprel 2014 00:19 (UTC +04:00)

APA-nın xəbərinə görə, təxminən 20 yaşları olan oğlan və qız özlərini dənizə atıblar. Hadisə şahidləri dərhal Fövqəladə Hallar Nazirliyinin "112" xidmətinə zəng vuraraq kömək istəyiblər. Olay yerinə gələn nazirliyin Dövlət Sularında Xilasetmə Xidmətinin əməkdaşları kater vasitəsi ilə batan gənclərin axtarışına çıxıblar.

Xilasedicilər saat qülləsi yaxınlığında dənizdə boğulmaq təhlükəsi ilə üzləşən 1993-cü il təvəllüdlü Niftəliyeva Nilufər Natiq qızı və Aslanov Xalid Faiq oğlunu xilas edərək dənizdən çıxarmağa müvəffəq olublar.

Hadisə yerinə təcili yardım çağırılıb. Vəziyyətləri ağır olan gənclərə ilkin tibbi yardım göstərilib. Daha sonra onlar 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar.

Faktla bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR